Tramp yüz minlərlə ukraynalını deportasiya edəcək

0
14

ABŞ prezidenti Donald Tramp administrasiyası Birləşmiş Ştatlarda olan 200 mindən çox ukraynalı da daxil olmaqla yüz minlərlə miqrantı deportasiya etmək planı hazırlayıb. 

Bu barədə “Washington Post” məlumat yayıb.

“Tramp administrasiyası xarici yardım üçün ayrılmış vəsaitdən 250 milyon dolları aktiv münaqişə zonalarından insanların, o cümlədən 700 min ukraynalı və haitili miqrantın deportasiyasını, geri qaytarılmasını maliyyələşdirmək üçün sərf etməyi planlaşdırıb”, – deyə məlumatda qeyd olunur.

Ukrayna və Haitidən olanlarla yanaşı, Əfqanıstan, Sudan, Liviya, Yəmən və digər ölkələrin vətəndaşları da deportasiya oluna bilər.