“Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram”
“Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcəkdir”.
Bu fikirlər Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın XXVI Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı məktubda yer alıb.
“Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram”, – D.Tramp əlavə edib.