Tramp və Zelenski Putini aldatdı: ABŞ və NATO dolayısı ilə Ukraynaya sahiblənir!

0
49

…Trampla Zelenskinin məlum siyasi şousu bitdi… İki gün sonra Tramp bəyan edir ki, guya Zelenskini o halda bağışlayacaq ki, o, ABŞ-ın Ukrayna sərvətlərinin istismarına icazə versin və s. Hətta oyun elə quruldu ki, Putinə xoş gəlsin deyə Tramp Ukraynanın NATO-nu unutmasını tələb kimi diqtə etdi, dünyanın gözü qarşısında Zelenskini diktator adlandırdı, bir gün sonra elə demədiyini bəyan etdi… Ardınca Ukraynanın bu gedişlə məhv olacağını, Rusiyanın qalib gələcəyini də dedi… Putin və Rusiya siyasiləri isə bu yağlı və bəzəkli sözlərdən olduqca sevindilər… 

***

Nəhayət, gələk mətləbə: ABŞ Ukrayna ilə faydalı qazıntılara dair razılaşmaların bağlanması imkanını artıq müzakirə edib. Ağ evin mətbuat katibi Kerolayn Livitt brifinqdə açıqlayıb ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskinin Kiyevin müqavilə bağlamağa hazır olduğunu bildirən məktubunu aldıqdan sonra müqavilənin hansı müddətdə imzalana biləcəyi ilə bağlı suala da cavab verib: “Mən bu yaxınlarda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsu gördüm. O bu məsələ üzərində ciddi çalışır”. və s.

 Teatr nümayişə hazırdır: Rusiyada isə hələ də sevinirlər ki, nəhayət, Tramp Zelenskini yola gətirdi. Amma bilmirlər ki, Tramp və Zelenski Putini beləcə aldadıb sərvətlərin istismarına razılaşdılar. Bəs bu sərvətlər hardadır? Düz Rusiyanın, necə deyərlər, burnunun ucunda. Və tezliklə ABŞ həmin ərazilərdə zavodlar tikəcək. Bu həm Ukrayna üçün təhlükəsizlik zəmanətidir, həm də NATO-nun dolayısı ilə Ukraynaya oturumudur.

Beləliklə, tezliklə nə baş verəcək: Putin Ukraynanın NATO-ya girməməsini istəyirdi, Ukrayna da sülh naminə guya NATO-dan imtina edir, yəni NATO-ya girmir. Amma NATO isə Ukraynaya girir-ABŞ-ın Ukrayna sərvətlərini istismarı yolu ilə…