Tramp və Abedən kritik müzakirə: İrandan neft idxalının tam dayandırılması…

0
651

ABŞ prezidenti Donald Trampın Yaponiyanın baş naziri Sinzo Abe ilə görüşünün gedişində İrandan neft idxalının tam dayandırılması ilə bağlı tədbirlər müzakirə edilib.

Bu barədə Reuters agentliyi ABŞ-ın Yaponiyadakı səfiri Uilyam Hagertiyə istinadla məlumat yayıb. Səfir bildirib ki, liderlər görüş zamanı KXDR ətrafında vəziyyəti və sanksiya təzyiqinin saxlanmasını da müzakirə ediblər. Onlar, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq, o cümlədən yapon avtomobillərinin ABŞ-da istehsalı məsələlərinə toxunublar.

Yaponiyanın baş naziri Sinzo Abe ABŞ-da ikigünlük səfərdədir. O, cümə günü Ağ evdə prezident Donald Trampla təkbətək danışıqlar aparıb.