
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, noyabrda keçiriləcək seçkilərdə yalnız bir halda məğlub ola bilər.
ABŞ Prezidenti yalnız rəqiblərinin – demokratların poçtla səsvermədə “kələkbazlıq” edəcəyi halda məğlub ola biləcəyini qeyd edib.
O, bildirib ki, demokratlara bunu etməyə imkan vermək olmaz, çünki bu insanlar ABŞ-ı “dağıdacaq”lar.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.