Tramp Putini qoruyur: Bəs Rusiya prezidentinin ABŞ liderinə münasibəti necədir?

0
10

Kremlin sözçüsü Dmitri Peskovdan Vladimir Putinin Donald Trampa münasibəti barədə danışmağı xahiş ediblər.

Sual ABŞ prezidentinin təyyarəsinin göyərtəsində baş verən insidentlə bağlı yaranıb və orada “Washington Post” müxbiri Donald Trampın Vladimir Putinin Ukraynaya hava zərbələri endirməklə ona qarşı hörmətsizlik etdiyini düşünüb-görmədiyini soruşub. Cavab vermək əvəzinə Tramp əsəbi halda jurnalistin hansı nəşrdə işlədiyini soruşub və qəzetin “etibarını əhəmiyyətli dərəcədə itirdiyini” bildirib.

Dmitri Peskov qeyd edib ki, Putin və Tramp arasında telefon əlaqəsi yalnız bir dəfə olub, amma problemləri həll etmək üçün kifayət qədər konstruktiv alınıb.

Peskov vurğulayıb ki, Rusiya və ABŞ münasibətləri bərpa etmək yolunun yalnız başlanğıcındadır.

“Gələcək yol uzun və çətindir, lakin ən azı iki prezident bu istiqamətdə siyasi iradə ifadə edib”, – Kreml sözçüsü bildirib.