
ABŞ prezidenti Donald Tramp İran və Venesuela hakimiyyətinin yüksəkçinli rəsmilərinin, həminin onların ailələrinin ölkəyə səfərinə icazə verilməməsi barədə sətəncam imzalayıb.
Bunu Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransı zamanı bəyan edib.
“İran və Venesuela diktator rejimlərində korrupsiyaya qarşı mübarizə məqsədi ilə çərşənbə günü bu ölkələrin yüksək ranqlı hakimiyyət rəsmilərinin, onların ailələrinin ABŞ-a girişini qadağan edən sərəncam imzaladım”, – Tramp deyib.
Tramp sərəncamın detalları barədə hər hans əlavə məlumat verməyib.