Tramp ciddidir, bu ölkəni ABŞ-a birləşdirir: Baş nazirə qubernator dedi, vəd verdi ki…

0
9

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milad təbrikində Kanadanın baş naziri Castin Trüdoya qubernator deyə səslənib və bildirib ki, Kanada əraziləri ABŞ-ın 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60 %-dən çox azalacaq.

Tramp bu barədə “Truth” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Kanada qubernatoru Castin Trüdoya. Milad bayramınız mübarək. Vətəndaşlarının vergiləri çox yüksəkdir, lakin Kanada 51-ci ştat olsa, onların vergiləri 60%-dən çox azalacaq, biznesləri ikiqat böyüyəcək və onlar dünyanın heç bir ölkəsinin qorunmadığı kimi qorunacaqlar”, – deyə Tramp yazıb.

Bundan əlavə, Tramp Panama kanalını “qeyri-qanuni şəkildə idarə edən” Çin əsgərlərinin Milad bayramını təbrik edib. Tramp həmçinin Qrenlandiyanın Milad bayramını da təbrik edib və milli təhlükəsizlik məqsədləri üçün ABŞ-a ehtiyaclarının olduğunu deyib: “Biz orada olacağıq!”