Tramp bilmədən məxfi sənədi mətbuata sızdırdı – FOTO

0
528

ABŞ Prezidenti Donald Tramp ehtiyatsızlıqdan Meksika ilə bağlanacaq miqrasiya sazişi layihəsinin bəzi təfsilatlarını üzə çıxarıb.

BBC-nin məlumatına görə, Ağ Ev rəhbəri əllində tutduğu sənədin “məxfi” olduğunu bildirib və jurnalistlərə saziş layihəsinin detallarını açıqlamaqdan imtina edib.

Ancaq fotoqraflar Trampın əlində yellədiyi vərəqin yüksək dəqiqlikli şəklini çıxararaq, bəzi detalları aşkarlaya bilib.

Sənəddə “təhlükəsiz üçüncü ölkə” yazısı diqqət çəkib. Şərhçilər Meksikanın təhlükəsiz üçüncü ölkə kimi qəbul olunacağı təqdirdə, miqrantların ABŞ-da sığınacaq almaqla bağlı ərizələrinə artıq Birləşmiş Ştatlar ərazisində deyil, birbaşa Meksikada baxılacağını bildirir.

Məqsəd ABŞ-a qanunsuz miqrant axınının qarşısını almaqdır.