Tramp 4 nəhəngi bir araya toplamağa çalışır

0
456

 ABŞ Prezidenti Donald Tramp Rusiya, Çin, Britaniya və Fransa liderləri ilə görüşmək niyyətindədir.

Bu məlumatı “Röyter” öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, Tramp bu ölkələrin liderləri ilə silahlanmaya nəzarət məsələlərini müzakirə etmək niyyətindədir. O, Trampın BMT TŞ-nin daimi nümayəndələri ilə görüşünü Rusiya və Çinlə silahlanmaya nəzarətlə bağlı üçtərəfli razılaşma məsələlərində inkişafa nail olmaq üçün istifadə etməyə çalışacağını bildirib:

“ABŞ bu imkandan Rusiya və Çinə qarşı beynəlxalq çərçivədə silahlanmaya nəzarət etmək üçün yararlanmağa çalışır. Tramp bununla bahalı silahlanma yarışının qarşısını almağa çalışır”.