Tramp Ərdoğanın təkifini qəbul etdi, Pentaqon qarşı çıxdı

0
629

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin tədarükü üzrə fikir ayrılıqlarının aradan qaldırılması üçün birgə işçi qrupu yaratmaq barədə təklifinə müsbət yanaşıb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bundan öncə Rəcəb Tayyib Ərdoğan iki dəfə analoji təklif irəli sürmüşdü. Prezidentlərin sonuncu telefon danışığı zamanı Tramp ilk dəfə olaraq bu ideyanı bəyəndiyini deyib.
Bir qədər əvvəl Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy ölkəsinin Vaşinqtonun S-400 komplekslərinin çatdırılmasını təxirə salmaq xahişini qəbul etdiyi barədə KİV-lərdə yayılan məlumatı təkzib edib.
Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib. ABŞ və NATO ölkələri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib.
Uzaq məsafəli zenit raket sistemi – S-400 “Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanının müavini bildirib ki, S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də silahlanmaya daxil olub.

Türkiyənin ABŞ-la birgə S-400-lə bağlı işçi qrupunun yaradılması təklifinə qarşıyıq
Bu barədə ABŞ Müdafiə Nazirliyindən bəyanat verilib.
Qeyd edilir ki, sözügedən təklif S-400 sistemləri ilə bağlı narahatlığı aradan qaldırmayacaq.