Şadlıq evləri hələlik açıq deyil və yaxın müddət üçün gözlənilmir”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, iyun-iyul ayında toy olub-olmaması barədə indidən söz demək çətindir:
“Bugünkü statistikaya əsasən, deyirik ki, şadlıq evlərinin açılması gündəmdə deyil.
Amma sabah vəziyyət necə dəyişəcəksə, ona uyğun olaraq mütəxəssislərlə qərar veriləcək”.