Bu gün sosial şəbəkə istifadəçiləri Ermənistan ordusunun guya Tovuz Rayon Mərkəzi Xəstəxanasını vurması barədə informasiyalar yayılıb.
Yayılan məlumatlar həqiqəti əks etdirmir.
Hazırda rayonda vəziyyət stabildir.
Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki əməliyyat şəraiti Ordumuzun nəzarətindədir.
Qeyd edək ki, düşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Vətəndaşlarımızı sosial şəbəkələrdə yayılan təxribat xarakterli informasiyalara inanmamağa çağırırıq.