Tovuzda kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

0
342

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Düz Qırıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1977-ci il təvəllüdlü Azər Rzayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib.

Müayinə zamanı 43 yaşlı kişinin 2 bıçaq yarası aldığı müəyyən edilib. Xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Onun kim tərəfindən bıçaqlandığı məlum deyil.