Tovuz rayonunun Xatınlı kənd sakini olan qadın fevralın 4-də rayon polis şöbəsinə müraciət edərək evindən qızıl-zinət əşyalarının və nağd pulun oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan saytımıza bildiriblər ki, məlumatla əlaqədar Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Məlum olub ki, vətəndaşın evindən 11 min manat və 200 ABŞ dolları məbləğində pul, 7 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əli Rüstəmov həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı təhqiqat aparılır