Tovuz, məşhur Qaraqaya: ən sön görüntü – Video

0
537

Həftə sonu Neftçaladaydım. Ölkə Prezidentinin rayonun su probleminin həllinə diqqəti, bir gün öncə verdiyi tapşırıqlar dünən Neftçalada xüsusi bir canlanma yaratmışdı.

Bu sözləri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı deyib. O bildirib ki, əhaliyə içməli su daşımaq üçün 20-dən artıq yeni maşın gəlmiş, rəsmi idarələr həyəcana düşmüşdülər:

“Su qıtlığı yaranandan mən də bu qayğıların içindəyəm. Ərkim çatan adamlar, köməkçilərim səhərdan axşama camaatın arasında yorulmadan çalışırlar. Təbiət Neftçalanı çətin sınaga çəkib və rayon əhalisi səbir və mərdliklə bu sınaqdan çıxmağa çalışır. Neftçalalılar həm milli-azadlıq hərəkatında, həm də Qarabağ müharibəsində çox fəal olublar. Tovuz savaşı günlərində bütün şəhidlərimizi, o cümlədən Neftçala şəhidləri bir daha hörmətlə xatırlanır, onların adının əbədiləşdirilməsi üçün hər kəs əlindən gələni etməyə çalışır”.

S.Rüstəmxanlı qeyd edib ki, Qarabağ müharibəsində Neftçalanın ilk şəhidi Gözəlov Əfsərdir. İki qardaşı da cəbhədə vuruşub və sonra vəfat ediblər:

“İndi Bankədə ailə üzvlərindən heç kim qalmayıb. Buna görə də onun qəbrinin üstünün və baş daşının layiqincə düzəltdirilməsini özümə borc bildim. Dünən Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovla yeni abidəyə baxıb, şəhidimizin ruhunu yad etdik…”