Torpağımın hər qarışı əzizdir mənə

0
185

Bu gün Qəbələ rayon Toppag kəndinin Şəhidi Baxışov Hakimin adına yazılmış kitabın təqdimatı keçirildi.

Kitabın müəllifi Zakir Tahirovdur.
Tədbirdə şəhid ailələri, yazarlar iştirak etmişdir.

Əvvəlcə Azərbaycan respublikasının dövlət himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

3 bacının bir qardaşı olan Baxışov Hakim Səyyar oğlu 2000 ci il dekabr ayının 13-ü Qəbələ rayonu Topbağ kəndində anadan olmuşdur. Orta təhsilini Qəbələ rayonu Yenikənd kənd orta məktəbində almışdır. 2019 ci ilin yanvar ayında həqiqi hərbi xidmətə getmişdir. Vətənini , torpağını çox sevən Hakim həqiqi hərbi xidmətini bitirdikdən az sonra Xüsusi Təyinatlı Qüvvələrin giziri olaraq işləməyə başlamışdır.Baxışov Hakim 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ Müharibəsində iştirak etmiş, 28 sentyabr Murovdağda Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəbələ rayonu Topbağ kənd məzarlığında dəfn olunub.

Allah rəhmət eləsin şəhidlərimizə.

Təranə Alməmmədova.

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin sədri