Torpağı Vətənə Çevirənlər

0
220

Vətən müharibəsi şəhidi Adəm Heydərovun doğum günü münasibətilə xatirəsi anılmışdır

Şəhid Adəm Heydərov 2000-ci il martın 26-da Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. 2006–2017-ci illərdə Bum qəsəbəsinin Təbriz Yaqubov adına tam orta məktəbində təhsil alıb.2018 ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2020 ci il 27 sentyabrda başlanan İkinci Qarabağ Müharibəsində iştirak edib. Oktyabrın 13-də Ağdərə istiqamətində ağır döyüşlərdən birində şəhidlik məqamına ucalıb.
34 gündən sonra nəşi əldə edilib və doğulub boya-başa çatdığı Qəbələ rayonu Bum qəsəbə qəbristanlığında torpağa tapşırılıb.

Tədbirdə şəhidin təhsil aldığı kənd məktəbinin kollektivi , Qəbələ şəhid ailələri, qazilər, DAMM – SİM Qəbələ nümayəndliyi rəhbəri, imamlar, şairlər, media numayəndələri, Bum qəsəbə İnzibati ərazi dairəsi üzrə icra nümayəndəsi əvəzi Eyvaz Kazımov, Bum tam orta məktəb müəllimləri və şagirdləri , uzaqdan gələn qonaqlar,şəhidin ailə üzvləri şəhid Adəm Heydərovun məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur.

Şəhidlərin adına abidə kompleksi ziyarət olunmuşdur.

Tədbir ata ocağında iftar süfrəsi arxasında davam etmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi,Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyinin rəhbəri

Təranə Alməmmədova.