Tolstoyun ailəsi Rusiyanın bu qərarına etiraz edir: Bilsə, qəbrində tərs dönərdi

0
77

Rusiya hökumətinin Lev Tolstoy adına Sülh Mükafatı verməsi məşhur yazıçının yaxınlarının etirazına səbəb olub. Tolstoyun həyatı boyu müharibə əleyhdarı olduğunu bildirən nəvəsi Ukraynaya hücumun təşəbbüskarı olan Rusiya hökumətini Tolstoy adına Sülh Mükafatı verməsini tənqid edib.

Moskva hökuməti məşhur yazıçı Lev Tolstoy adına Sülh Mükafatını Afrika İttifaqına təqdim edib. Paytaxtın məşhur “Bolşoy” teatrında keçirilən mükafatlandırma mərasiminə Rusiya hökumətindən bir çox şəxslər də qatılıb.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Tolstoy mükafatı yeni, ədalətli və çoxqütblü dünya nizamının formalaşmasına töhfə verir.

Yazıçının nəvələrindən olan Vladimir Tolstoy Lev Tolstoyun həmişə ədalətli dünyanın tərəfdarı olduğunu deyib:

“Tolstoy bunu bilsəydi, məzarında tərs dönərdi. Ümid edirəm ki, o, heç nə hiss etmir. Mükafatla bağlı bizdən heç nə soruşulmayıb”.