Tokioda son sutka ərzində koronavirusa yoluxanların sayı 230 nəfərə çatıb

0
344

Tokioda son sutka ərzində koronavirusa yoluxanların sayı 230 nəfərə çatıb.
Bu barədə Yaponiya paytaxtının qubernatoru Koike Yuriko iyulun 21-də məlumat verib. Xanım qubernator bildirib ki, hazırda son dəqiqləşdirmələr aparılır. “ Yoluxanların sayının 230 ətrafında olacağı gözlənilir. Bu çoxdur”, – deyə K.Yuriko bildirib.
Qeyd edək ki, iyulun 17-də Tokioda rekord miqdarda – 293 yoluxma qeydə alınıb. Bundan bir gün sonra qismən az, yəni 290 nəfərin virusa yoluxduğu məlum olub. Sonrakı iki gün ərzində bu rəqəm daha da azalaraq müvafiq şəkildə 188 və 168 nəfər təşkil edib. Mütəxəssislərin rəyinə görə bu rəqəm məlumatları toplayan müəssisələrin istirahətdə olması ilə əlaqədar də azala bilər.
Xatırladaq ki, Tokioda digər rayonlarla müqayisədə virusa yoluxanların sayının artması koronovirusun yayılmasının qarşısını almaq üçün Yaponiya paytaxtının “Go To Travel” daxili turizm proqramından çıxarması ilə nəticələnib.
Əlavə olaraq qeyd edək ki, son günlər Yaponiyada koronavirusa yoluxma hallarının sayı artmaqda davam edib. Son məlumatlara görə, bu ölkə üzrə virusa yoluxanların ümumi sayı 26 mini ötüb. Onlardan 1000-dən çoxunun həyatını itirdiyi bildirilir.