Tokio-2020: Azərbaycanlı gimnast 15-ci pillədə qərarlaşıb – FOTO

0
317

Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparır.

20 yaşlı idmançı ilk olaraq topla öz çıxışını təqdim edib.

O, birinci cəhdində 23,400 xala layiq görülüb. İdmançı topla hərəkətlərdə 23,400, halqa ilə çıxışında isə 23.000 xala layiq görülüb.

O, hazırda 46,400 xalla 26 idmançı arasında 15-ci pillədə qərarlaşıb.

Gimnast lentlə və gürzələrlə də bacarığını göstərməyə çalışacaq. Təsnifat mərhələsində ilk 10 yeri tutan idmançı finala yüksələcək.

Bizimlə əlaqə saxlayın