Tokayev İrəvana gəlməzdən əvvəl bəyan etdi: Azərbaycanla Ermənistan arasında…

0
141

İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olması Qazaxıstanın maraqlarına uyğundur.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də Ermənistana rəsmi səfəri ərəfəsində Ermənistanın “Armenpress” dövlət xəbər agentliyinə müsahibəsində belə deyib .

Tokayev deyib ki, Qazaxıstan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ətrafında yaranmış vəziyyətə biganə qalmır və ona dost olan iki dövlət arasında tezliklə sülh müqaviləsinin bağlanmasında maraqlıdır.

Sülhməramlı təşəbbüslərin təşəbbüskarı və dəstəkçisi kimi Qazaxıstan regionun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır.

Qazaxıstan Prezidentinin sözlərinə görə, istənilən ziddiyyətlər, o cümlədən dövlətlərin ərazi bütövlüyü ilə bağlı olanlar BMT Nizamnaməsinin norma və prinsiplərinə uyğun olaraq müstəsna olaraq siyasi və diplomatik dialoq yolu ilə həll edilməlidir. Tokayev hesab edir ki, BMT çərçivəsində yaradılmış dəyərlər sistemi dünyada təhlükəsizlik və sabitlik üçün bələdçi olaraq qalmalıdır.

O xatırladıb ki, Qazaxıstan əvvəllər bir sıra sülhməramlı təşəbbüslər irəli sürüb, İranın nüvə proqramı üzrə çoxtərəfli danışıqların və Suriyanın nizamlanması üzrə danışıqların (Astana prosesi) təşkilinə mühüm töhfə verib.