Kanadanın Monreal şəhərində qəribə hadisə baş verib.
Kafedə qəhvə içən şəhər sakini küçədən keçən bir timsahı görəndə şok keçririb.
Təxminən iki metr uzunluğunda olan yırtıcı küçə ilə hərəkət edirmiş. Şəhər sakinləri bu nadir hadisəni videoya çəkmək üçün küçəyə çıxıblar.
Şahidlərin sözlərinə görə, hadisədən bir neçə dəqiqə sonra timsahın sahibi gələrək, onu minik maşınına mindirib.
Çağırışa gələn polislər yırtıcının sahibinin lazım olan bütün sənədlərinin olduğunu qeyd edib.