“TikTok”a rəqib gəlir: “Instagram” yeni tətbiqini istifadəyə verəcək

0
11

“Instagram” platforması qısa video formatı “Reels”-i ayrıca proqram kimi təqdim edə bilər.

Bu barədə ABŞ-da yerləşən “The Information” nəşri yazıb.

Məlumata görə, “Instagram”ın baş icraçı direktoru Adam Mosseri bu həftə potensial addım barədə işçilərinə məlumat verib.

“Meta” isə BBC-nin məsələ ilə bağlı sorğusuna hələ cavab verməyib.

Qeyd edək ki, bu addım Çinə aid “TikTok”-un gələcəyinin ABŞ-da qeyri-müəyyən qaldığı bir vaxta təsadüf edir.