Tikinti şirkətinin günahından ağaclar aşdı – AÇIQLAMA + FOTO

0
291

Xırdalanda ağacların aşması ilə bağlı araşdırma aparılır.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında “Progress-2016” MTK tərəfindən çoxmərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki beş ağacın aşdığı, altı ağacın isə aşma təhlükəsi olduğu müəyyən edilib.

Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı təbiətə 2 100 manat məbləğində ziyan dəydiyi məlum olub:

“Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq”.