Tibbi maskadan istifadə etməyənlər cərimələndi – VİDEO

0
550

Şəkidə qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib.

Şəkidə koronavirusun yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda tibbi maskalardan istifadə etməyən şəxslərə qarşı tədbirlər davam etdirilir.

Polis əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən böyük supermarketlərdə keçirilən reyd zamanı bəzi müştərilərin tibbi maskadan istifadə etmədiyi aşkar olunub.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, sanitar-gigiyenik tələblər izah olunub. Tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin zəruriliyi bildirilib.

Tibbi maskadan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib, onlar 100 manat məbləğində cərimə olunublar.