Tibbdə YENİ İNQİLAB: “Ağıllı” həb mədədə titrəyəcək və… – FOTO

0
194

ABŞ alimləri mədədə titrəyən və dolğunluq hissi yaradan “ağıllı” həb ixtira ediblər.

Bu barədə “Oddity Central” yazır.

Massaçusets Texnologiya İnstitutunun (MİT) tədqiqatçılarının fikrincə, onların yaratdığı həb mədə şirəsi ilə təmasda olduqda titrəməyə başlayır, mədədə reseptləri stimullaşdırır və bu, insanda toxluq hissi yaradır.

Həb donuzlar üzərində sınaqdan keçirilib və bu, yaxşı nəticələr verib – onların gündəlik yem rasionu 40 faiz azalıb. İndi yaradıcılar sınaqların ikinci mərhələsinə keçmək üçün insan könüllüləri axtarırlar.

Müəlliflər deyirlər: “Biz təklif edirik ki, həbin acqarına qəbulu nəzərdə tutulan yeməkdən 20-30 dəqiqə əvvəl, yeməyin əvvəlində istənilən dolğunluq hissi yaratsın”.

Bildirilir ki, vibrasiya stimulyatoru həb quraşdırılmış akkumulyatorla təchiz edilib və mədə şirəsi ilə təmasda olduqda aktivləşərək orqanizmi təbii şəkildə tərk edir.

“Cihaz obez xəstələrin müalicəsində inqilab yarada bilər”, – ekspertlər deyib.

Hüseyn İbadlı