
Tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin müddəti martın 31-dək uzadılıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti bu barədə qərara dəyişiklik edib.
Dəyişikliyə əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə maaşının 3 misli məbləğində müddətli əlavələr martın 31-dək veriləcək.