Teymur Rəcəbov üstünlüyünü qoruya bilmədi

0
302

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Mükafat fondu 100 min ABŞ dolları olan yarışın dördüncü günündə təmsilçimiz Teymur Rəcəbov növbəti görüşünü keçirib.

Rəcəbov Niderland qrossmeysteri Aniş Giri ilə üz-üzə gəlib. 34 yaşlı təmsilçimiz ilk görüşdən 2:2 hesablı heç-heçə ilə ayrılıb.

O, ilk iki partiyadan heç-heçə etdikdən sonra 3-cü partiyada qara fiqurlarla qalib gəlsə də, 4-cü oyunda ağlarla uduzub. 

Şahmatçılar arasında ikinci matç isə fevralın 10-da keçiriləcək.

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.