Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının “The FTX Crypto Cup” turnirində final mərhələsinin oyunları start götürəcək.
Bu mərhələnin dörd partiyadan ibarət birinci dövrəsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov 3-cü yer uğrunda rusiyalı Yan Nepomnyaşiyə qarşı mübarizə aparacaq. Şahmatçımız ilk qarşılaşmasında qara fiqurlarla oynayacaq.
Yarımfinalda T.Rəcəbov üzərində qələbə qazanan Maqnus Karlsen isə turnirin qalibi adı uğrunda ABŞ şahmatçısı Uesli So ilə qarşılaşacaq.
“The FTX Crypto Cup” turnirinin mükafat fondunu 220 min ABŞ dolları məbləğində pul mükafatı və 100 min dollar dəyərində “bitcoin” təşkil edir.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir. Sentyabradək davam edəcək seriyanın ümumi mükafat fondu isə 1,5 milyon dollardır.