Teymur Rəcəbov “Opera Euro Rapid”in yarımfinalında

0
273

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində 1/4 final mərhələsinə yekun vurulub.

Mərhələnin ikinci matçları çərçivəsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov da Niderland qrossmeysteri Aniş Giri ilə cavab görüşünə çıxıb.

Bu matçda da ilk qarşılaşmada olduğu kimi, 2:2 hesabı qeydə alınıb. 

Hesab bərabər olduğundan şahmatçılar blitsdə güclərini sınayıblar. İki oyunun nəticəsinə görə qrossmeysterimiz üstün olub (1,5:0,5) və növbəti mərhələyə yüksəlib. 

Onun yarımfinaldakı rəqibi ABŞ təmsilçisi Uesli So olacaq.

Digər yarımfinal görüşündə isə Maqnus Karlsenlə (Norveç) Maksim Vaşye-Laqrav (Fransa) üz-üzə gələcək. 

Qeyd edək ki, yarımfinal matçları isə fevralın 11-12-də olacaq.

Turnirə isə fevralın 14-də yekun vurulacaq.