Teymur Rəcəbov 1/4 finala yüksəldi – YENİLƏNİB

0
316

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsində 1/4 finala yüksəlib.

Qrossmeysterimiz seçmə mərhələni 15 oyundan 8 xalla 7-ci pillədə başa vurub. Polşalı Yan Kşiştof Duda da eyni miqdarda xal toplasa da, daha üstün göstəricilərə malik olduğu üçün 6-cı pillədə qərarlaşıb.

Keçirdiyi 15 görüşünün heç birində uduzmayan Rəcəbov 1 qələbə, 14 heç-heçəyə nail olub. Duda isə matçlarından 4 qələbə, 8 heç-heçə, 3 məğlubiyyətlə ayrılıb.

Yarışın təşkilatçısı, norveçli dünya çempionu Maqnus Karlsen və niderlandlı Aniş Giri 9,5 xalla ilk 2 pilləni bölüşüb. ABŞ təmsilçisi Uesli So 9 xalla 3-cü plub. Ermənistanlı Levon Aronyan və fransalı Maksim Vaşye-Laqrav hərəyə 8,5 xalla 4-5-ci yerləri bölüşdürüb.

8-ci yeri isə rusiyalı Daniil Dubov tutub. Dubov ABŞ təmsilçisi Hikaru Nakamura ilə eyni miqdarda – 7,5 xal toplasa da, əlavə göstəricilər sayəsində 1/4 finala adlayıb.

00:55

“Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin seçmə mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov sonuncu turun oyunlarında iştirak edib.

Şahmatçımız ardıcıl Liren Dinq (Çin), hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, fransalı Maksim Vaşye-Laqrav, amerikalı Uesli So ilə heç-heçə edib. Teymur Rəcəbov günün son qarşılaşmasında – 15-ci turda prinsipial rəqibi ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan şahmatçımızın Ermənistan təmsilçisi ilə də oyunu heç-heçə başa çatıb.

T.Rəcəbov 15 turdan 8 xal əldə edib.

Qeyd edək ki, “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci – “Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

Xatırladaq ki, fevralın 14-dək davam edəcək “Opera Euro Rapid” turnirində 16 şahmatçı mübarizə aparır.