ABŞ-ın Texas ştatının Ostin şəhərində polis Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Maska məxsus “Tesla” diler mərkəzində bir neçə partlayıcı qurğu aşkarlayıb.
Bu barədə “ABC News” məlumat yayıb.
Məlumata görə, polis martın 24-də səhər saatlarında “şübhəli qurğular” tapıb. Onların partlayıcı olduğu müəyyən edilib və zərərsizləşdiriliblər.
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) Maskın dilerlərinə, avtomobillərinə və enerji doldurma məntəqələrinə 48 hücum barədə məlumat aldığı bildirilir.
Qeyd edək ki, FTB “Tesla”nı hədəf alan insidentlərlə mübarizə aparmaq üçün işçi qrupunun yaradıldığını elan edib.