
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində Pakistan ordusunun 10 hərbçisi öldürülüb.
Məlumatı Pakistanın Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.
Qeyd olunur ki, ekstremistlər Pakistan ordusunun Keç rayonunda yerləşən nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.
Toqquşma nəticəsində bir nəfər terrorçu öldürülüb, bir neçəsi yaralanıb, üç terrorçu isə əsir götürülüb.