Televiziyadan şok: ABŞ sabah İrana hücum edəcək

0
516

ABŞ 16 iyunda İrana hücum edə bilər.

Bu iddia ilə ABŞ-ın FOKS televiziyası çıxış edib. Televiziya ehtimal olunan hücuma görə işçilərin tətillərinin ləğv edildiyini açıqlayıb.

ABŞ-ın ən böyük donanma mərkəzi olan Florida Tampa bölgəsində aktivliyin artması və əsgərlərin məzuniyyətinin ləğv edilməsi ilə bağlı yayılan məlumatlar isə iddiaların doğru olması təəssüratı yaradıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Oman körfəzində “Front Altair” və “Kokuka Courageous” adlı iki neft tankerinə hücum olub. Partlayışdan sonra tankerlərdən birinin ekipajı İran hərbçiləri, digəri isə ABŞ hərbçiləri tərəfindən xilas edilib.

ABŞ Dövlət katibi Mayk Pompeo Oman körfəzindəki tanker partlayışına görə bütün məsuliyyəti İranın daşıdığını bəyan edib.