“Telegram”ın yaradıcısı 6 gündür heç nə yemir

0
586

“VKontakte” sosial şəbəkəsinin və “Telegram” messencerinin yaradıcısı Pavel Durov altı gündür heç nə yemir.

Durov bu haqda sosial şəbəkədə yazıb. O, bu vəziyyətdə özünü yaxşı hiss etdiyini etiraf edib: onun şüuru daha aydın olub, iş məhsuldarlığı isə bir az da artıb. Durov sözügedən addımı yaradıcısı olduğu messencerin təkminləşdirilməsi üçün atdığını bildirib.

“Bu ay mən daha sərt variant yoxlayıram – ümumiyyətlə qida qəbul etməmək”, – o yazıb.

Durovun sözlərinə görə, o, gün ərzində yalnız su içir.