Son zamanlar populyarlığını artıran “Telegram” mesenceri cari ilin yanvar ayında dünya üzrə ən çox yüklənilən qeyri-oyun tətbiqi olub.
“Sensor Tower” şirkəti xəbər verir ki, rusiyalı Pavel Durovun rəhbərliyi ilə yaradılan mesencer “TikTok” və “WhatsApp”ı qabaqlamağı bacarıb.
Hazırda “Telegram”ın yüklənmə sayı 63 milyona çatıb ki, bu da ötən ilin yanvar ayı ilə müqəyisədə dörd dəfə çoxdur. Mesencerə ən yüksək tələbatın olduğu ölkələr Hindistan və İndoneziyadır.
Yüklənmə sayına görə ikinci yerdə 62 milyonluq göstərici ilə “TikTok” qərarlaşıb. Həmçinin ilk beşlikdə “Signal”, “Facebook ” və “WhatsApp” da yer alıb.