“Telegram” böyük məbləğdə CƏRİMƏLƏNDİ

0
13

Moskvanın Taqanski Məhkəməsi “Telegram” messencerini “İslam Dövləti” beynəlxalq terror təşkilatının ideallarını təbliğ edən kanalları silməkdən imtina etdiyinə görə 4 milyon rubl cərimələyib.

Bu barədə TASS iş materiallarına istinadla məlumat yayıb.

Qeyd olunur ki, Rusiya baş prokurorunun birinci müavini İŞİD-in fəaliyyətinə bəraət qazandıran məlumatlar və uydurma sənədlərin satışı ilə bağlı məlumatları özündə əks etdirən internet resurslarına çıxışın məhdudlaşdırılması tələbi ilə Roskomnadzora müraciət edib.

Roskomnadzor tələblərin yerinə yetirilməsi çərçivəsində “Telegram Messenger Inc” təşkilatına müvafiq bildirişlər göndərib. Bundan əlavə, Cinayət Məcəlləsinin 2-ci hissəsinə əsasən messencerlə bağlı protokol tərtib edilib. Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.4-ci maadəsinə əsasən (sayt sahibinin məlumatı silmək öhdəliyi Rusiya Federasiyasının qanunvericiliyi ilə nəzərdə tutulduğu təqdirdə məlumatı silməməsi) 4 milyon rubl məbləğində cərimə tətbiq edilib.

Məhkəmə sənədlərində o da qeyd olunur ki, protokolun tərtib edilməsinə digər səbəb “Telegram Messenger Inc”in qanunsuz kütləvi tədbirlər haqqında məlumatları, Rusiya ordusunu gözdən salan yazıları və Rusiyada ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş yalan məlumatlar silməkdən imtina etməsi olub.