Telefonun zərərləri: insan ömrünü qısaldır?

0
651

Telefonlar günümüzün ayrılmaz bir hissəsinə çevriliblər. Lakin daha çox istifadə etdikcə fəsadlarını da orqanizmimizdə hiss edirik. Yaddaş pozğunluğu, diqqətsizlik kimi fəsadlarla demək olar ki, hər birimiz üz-üzə dayanmışıq. Yəqin ki, çoxlarınız davamlı olaraq telefondan istifadə edəndə bu cür hallarla qarşılaşırsınız.

ARB-TV istinadən bildirir ki, ekspertlərin qənaətinə görə, telefondan çıxan mavi işıq və radiasiya şüaları beyin tutumunun azalmasına, hafizə pozğunluğuna, fikir dağınıqlığına səbəb olur buna görədə bəzən çox sadə primitiv şeyləri unuda bilirik.

Şagird:  “2-3 il bundan əvvəl çox oynuyurdum ondan hiss eliyirəm ki, gözüm zəifləyib”.

Sakin: “Hamısının mənfi təsirləri var, müsbət təsiri yoxdur. Nə qədər ki, bu elmi texniki tərəqqi baş verirsə bu da insanların ömrünün azalmağına xəstəliklərin artmasına səbəb olur”.

Telefonu əlindən yerə qoymayan gənclər böyük təhlükə ilə üz-üzədirlər. Asılılıq yaradan bu hal insanların yaşlanmanı sürətləndirir.

Vəfa Əhmədova – Terapevt: “Elə iş rejimləri vardır ki, orada 8-10 saat kompyuterlə işləməli olur insanlar və bu da onlarda müxtəlif xəstəliklərin əmələ gəlməsinə, xüsusilə beyin hüceyrələrinin ölməsinə vaxtından əvvəl yaşlanmasına səbəb olur”.

Anar Abdullayev – Oftalmoloq: “Gündəlik işinin daha çox hissəsi monitor arxasında keçən insanlarda əsasən gözdə yanğı, bulanıq görmə, fokuslanmada çətinlik, gözdən əlavə hətta boyun arxasında baş ağrıları kimi şikayətlərlə rastlaşırıq”.

Orqanizmin yaşlanmasını sürətləndirən amil  kompyuter monitorundan və mobil telefonlardan çıxan mavi işıqdır. Amerikada aparılan təcrübədə canlılardan bir qrupu LED işıqlı, digərləri qaranlıq otaqda saxlanılıb. 12 saat sonra LED işıqda saxlanılan həşarətları daha az yaşadığı məlum olub. Alimlərin fikrincə  mavi işıq insanlara da eyni zərəri verir.

Anar Abdullayev – Oftalmoloq: “Bu işığın tərkibində “blue light” yəni, mavi işıq deyilən işıq şüaları vardır, hansı ki, bu şüalar bizim tor qişamıza düşdüyü zaman beyin sanki gündüz olduğunu hesab edir. Biz bilirik ki, axşamlar bədənimizdə melotinin hormonu sintez olunur, lakin orqanizm gündüz olduğunu zənn etdiyi üçün melotinin sintezini basqılamış olur”.

Mobil telefondan fasiləsiz istifadə təkcə gözlər üçün zərərli deyil. Ondan yayılan elektromaqnit dalğaları insan bədəni və beyninə mənfi təsir edir.

Kamil Nuriyev – Fizika İnstitunun elmi işçisi: “6-9 herslikli elektromaqnit dalğalarının təsiri insanın bilavasitə beyninə təsir edir çünki o tezliklər beynin özünün məxsusi tezliklərinə bərabərdir. Onlar uyğun gələndə rezonans baş verir”.

Əlbəttə müasir texnologiyalardan imtina etmək mümkünsüzdür. Amma bacardıqca bu imkanlardan norma çərçivəsində istifadə etmək, ondan asılı düşməmək düzgün olar. Unutmayaq ki, telefon həyatımızın bir parçası deyil, sadəcə ünsiyyət vasitəsidir.