Tbilisidə Azərbaycanın Silahlı Qüvvələrinə dəstək aksiyası keçirilir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında təşkil olunan aksiyada yerli azərbaycanlılar və Azərbaycan vətəndaşları iştirak edirlər.
Dəstək mitinqinə Marneuli, Qardabani və Bolnisi rayonlarında yaşayan soydaşlarımız, Gürcüstan ictimaiyyətinin nümayəndələri, tanınmış gürcü tarixçi və ekspertləri də qoşulublar.
Hərbi vətənpərvərlik mövzusunda mahnıların səsləndirildiyi aksiyada Ermənistanın Azərbaycana qarşı Tovuz rayonu istiqamətində son günlər həyata keçirdiyi hücum cəhdləri və hərbi təxribatları pislənilir. İştirakçılar Azərbaycan dövlətinə, Ordusuna və əsgərinə dəstək şüarları səsləndirirlər.