Tbilisi ilə Bakı arasında sərnişin qatarlarının hərəkətinin bərpası istiqamətində intensiv danışıqlar aparılır.
Bu barədə “Gürcüstan Dəmir Yolları” ASC bəyan edib.
“Bu istiqamətdə dəmir yolu idarələri və digər aidiyyəti dövlət qurumları arasında danışıqlar və texniki detallarla bağlı razılaşma prosesi davam edir. Dəqiq tarix daha sonra açıqlanacaq” , – deyə bəyanatda bildirilib.