
Tayvan parlamentində ABŞ-dan gətirilən donuz əti ilə bağlı mübahisə zamanı müxalifəti təmsil edən millət vəkilləri hakim partiyanın deputatlarına heyvan bağırsağı atıb.
Aksiya prezidentin ABŞ-dan ölkəyə “raktopamin” əlavəsi olan donuz ətinin idxalına icazə verən sərəncamına etiraz olaraq təşkil edilib. Bu qatqının Tayvanda donuz yeminə əlavə edilməsi qadağandır.
Mübahisə qısa müddət sonra davaya çevrilib.