Taysondan etiraf: “Consonla döyüşdən əvvəl marixuana istifadə etdim” – VİDEO

0
462

Mayk Tayson həmyerlisi Roy Cons ilə rinqə çıxmazdan əvvəl marixuana istifadə edib.

Bu barədə amerikalı boksçu özü etiraf edib.

“Əlbəttə, mən döyüşdən əvvəl çəkdim. Özümü saxlaya bilmirəm”, – deyə 54 yaşlı idmançı vurğulayıb.

O, bunun ona pis təsir etmədiyi üçün heç bir zaman narkotiki atmağı düşünmədiyini bildirib.

“Bu, mənim etmək istədiyim işdir, bunun izahı yoxdur. Bu, bitməyəcək”, – deyə o əlavə edib.

Qeyd edək ki, Taysonla Cons noyabrın 29-da qarşılaşıb. Onların döyüşü heç-heçə bitib. Hər iki idmançı nəticələrdən narazı qalıb. Onlar təkrar döyüşmək istədiklərini bildiriblər