Taxtdan düşən kraliça xəstəxanalıq oldu: 52 illik hakimiyyətin ACI SONU

0
77

Oğlunun xeyrinə taxtdan imtina edən Danimarka kraliçası II Marqret Fredensborqdakı iqamətgahında yıxılıb. O, xəstəxanaya yerləşdirilib.

Bu barədə “Ritzau” qəzeti yazıb.

Kraliçanın vəziyyəti haqqında məlumat verən saray sözçüsü deyib ki, o, hazırda həkim nəzarətindədir.

Qeyd edək ki, yanvar ayında anası II Marqret 52 ildən sonra taxtdan imtina etdikdən sonra Frederik X (Frederik André Henrik Christian) Danimarkanın yeni kralı olub. Bu müddət krallığın bütün tarixində onun sələfləri arasında ən uzun müddətdir.