Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar

0
87

Ermənistanın Tavuş vilayətinin bir neçə sərhəd kəndinin sakinləri İrəvan-Tbilisi magistral yolunu (İcevan və Noyemberyan arasındakı hissədə) bağlayıblar.

Ermənilər sərhədin delimitasiyası ilə bağlı əldə edilmiş razılığa etiraz edirlər.

Etirazçılar vilayətin qubernatoru Hayk Qalumyanla görüş tələb edirlər.

Bu barədə “Sputnik Ermənistan”a aksiya iştirakçılarından biri məlumat verib. Onun sözlərinə görə, hadisə yerinə rayon polis idarəsinin nümayəndələri gəlib. Hüquq-mühafizə orqanlarının əməkdaşları da yolda sıxlığın qarşısını almaq üçün izdihamdan bir neçə kilometr aralıda magistral yolu bağlayıblar.

Toplananların məlumatına görə, tezliklə onların yanına həm qubernator, həm də Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan gəlməlidir.

Görünür, ermənilərin başına “dəmir yumruq” dəyməsə, işğalçılıq niyyətlərindən əl çəkməyəcəklər.