Tarixin ən böyük RƏQƏMSAL SOYĞUNU – Hakerləri tapana 140 milyon dollar mükafat veriləcək

0
10

“Bybit” kriptovalyuta birjası onu qarət edən hakerlərin tutulmasına görə mükafat elan edib.

Bu barədə birjanın saytında məlumat verilib.

“Kibertəhlükəsizlik sahəsində ən parlaq ağıllar və kriptoanalitiklər tarixdə ən böyük kriptovalyuta soyğununu həyata keçirən cinayətkarların qlobal ovuna qoşula bilərlər”, – bəyanatda deyilir.

Birja kiber hakerlərin aşkarlanmasına səbəb olan məlumat üçün oğurlanmış məbləğin on faizini ödəməyə hazırdır. Şirkətdən təxminən 1,4 milyard dollar oğurlandığını nəzərə alsaq, mükafat məbləği 140 milyon dollara çata bilər.

Məlum olub ki, hakerlər “Bybit” kriptovalyuta birjasından təxminən 1,5 milyard dollar oğurlayıblar. Birjanın baş direktoru Ben Çjounun sözlərinə görə, bir haker “Bybit”in oflayn “Ethereum” pulqabılarından birinə nəzarəti ələ keçirib.

Bu, 2021-ci ildə “Poly Network” platformasından oğurlanan 611 milyon dolları ötərək dünyanın ən böyük kriptovalyuta oğurluğu olub.