Tariximizin qəhrəmanlıq səhifəsi – VİDEO

0
397

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın tarixinə qanla yazılıb. 20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, suverinliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Millət vəkili Ayaz Quliyev bu faciə ilə bağlı bildirib ki, Azərbaycan xalqı dünyaya bir daha göstərdi ki, Sovet imperiyası ilə barışmır, represiyaları qəbul etmir.

Deputat Tahir Kərimli bildirir ki, ölkədə istər ordunun, istərsə də cəmiyyətin birliyinin ruhi əsasları 20 Yanvarda qoyulub: “Vətən Müharibəsindəki birliyimizin kökü 20 Yanvardan qaynaqlanır”.