Tarix yazan qəhrəmanlar

0
74

Bu gün Qəbələ rayon Əmirvan kəndində şəhid Aydın Bayramovun anım günü keçrildi.

Aydin Bayramov Mətləb oğlu 1997- ci il 2 avqust tarixində Qəbələ rayon Əmirvan kəndində anadan olub.
2015- ci il sentyabrın 27 – də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işgal altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Murovdağ, Talış kəndi, Agdərə istiqamətində gedən döyüşlərdə olub. Aydın Bayramov Oktyabrın 9- da Agdərə rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub.Qəbələ rayon Əmirvan kənd qəbiristanlığında dəfn olunub.

Tədbirdə kənd sakinləri , şəhid ailələri, din xadimləri, şəhid yaxınları və ailə üzvləri iştirak etmişdir .

Şəhidin məzarı üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxunmuşdur

Şəhid ailələrinə söz verildi, gələn qonaqlar çıxış etdi.

Tədbir ata ocağında çay süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə

Təranə Alməmmədova

“Xarıbülbül Ədəbi Məclisin,” Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri