Tarixə düşən beş hadisə: Qlobal sistem dəyişir – Münhendə nələr baş verib?

0
20

Ötən həftə Münhendə keçirilən illik qlobal təhlükəsizlik konfransı sensasiya hesab olunacaq hadisələrlə yadda qaldı.

BBC Münhen konfransının beş nəticəsinin olduğunu yazır.

1. Əvvəlki formada mövcud olan beynəlxalq münasibətlər erası bitdi

Avropanın II Dünya müharibəsindən sonra malik olduğu təhlükəsizlik strkturu artıq yoxdur. ABŞ hələ də NATO üzvü olsa da, Avropa artıq xarici hücumlar zamanı Vaşinqtonun köməyinə arxalana bilməz.

2. Ukrayna ilə bağlı siyasət kökündən dəyişdi

ABŞ və Rusiya Ukraynanın və Avropanın məsələyə münasibətindən asılı okmayaraq, müharibəni dayandırmaq üçün sövdələşməyə hazırlaşır.

3. Hərbi xərclər artırılır

Avropa ölkələri Rusiyanın artan hücumunu cilovlamaq istəyirlərsə, müdafiə xərclərini mümkün qədər tez artırılmalıdır.

4. Vens sensasiyası

Konfransda iştirak edənlərin çoxu ABŞ vitse-prezidenti Cey Di Vensin Avropa siyasətinə hücumlarını təhqiramiz hesab etdi, lakin Avroatlantikanın hər iki tərəfində çoxları bu çıxışı çox bəyəndi, hətta prezidenti Donald Tramp bunu parlaq adlandırdı.

5. Ümumi prçalanma və artan fikir ayrılıqları

ABŞ-la Avropa arasında bir çox məsələdə fikir ayrılığı artmaqdadır.