TANINMIŞ YAZIÇI- JURNALİST HİDAYƏT ELVÜSAL VƏFAT EDİB

0
65

Tanınmış jurnalist, yazıçı-publisist, gözəl insan, əsl vətənpərvər ziyalımız Hidayət Elvüsal dünyasını dəyişdi.

Hidayət Yunis oğlu Elvüsal 1949-cu ildə Kəlbəcər rayonunda anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və yerli radioda çalışıb. Sonrakı illərdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Səhər” və başqa qəzetlərdə işləyib.

“İctimaixeber.az”ın kollektivi ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin! Şükürlər olsun ki, ata yurdu Kəlbəcəri düşmənlərdən azad edilmiş gördü və bu dünyadan nisgilli köçmədi.